Biz Kimik?
2008-ci ildə Ar-Ge (Genetik Tədqiqat) laboratoriyası olaraq fəaliyyətə başlayan Genoks,2008-2010
-cu illərdə molekulyar biologiya və genetik tədqiqatlarında istifadə etmək üçün PCR və RTPCR əsaslı
diaqnostika dəstləri və DNT izolyasiya dəstləri istehsal etmişdir. Bunlar Milli Məlumat Bankında qeydə
alınmış,Türkiyənin aparıcı institut və qurumları tərəfindən istifadə edilmişdir. Fəaliyyətə başladığı 2008
-ci ildən etibarən həyata keçirtdiyi investisiyalar sayəsində ümumilikdə 1.100m² laboratoriya və ofis
sahəsinə malik olan Genoks, ölkə daxilində və ölkə xaricində öz sahəsində peşəkar olan 70-dən çox işçi
ilə xidmət göstərməyə davam edir.
Nə Edirik?
Nə Edirik?
Texnologiyasını 10 ölkə, 500-dən çox xəstəxana və təxminən 3000
həkim ilə paylaşan Genoks,80.000-dən çox NGS testi həyata keçirmiş,
yüksək texnologiyalı sekanslama platformaları, yerli serverləri və
400.000 Gb-dan çox NGS verilənlər bazasına malikdir. Genoks, yalnız
Türkiyədə deyil, yaxın coğrafiyada da insan sağlamlığına fayda verməyi
əsas tutaraq EEMEA-dakı ən böyük genom mərkəzlərindən biri olmağı
hədəfləyir.
Genoks, texnologiya transferləri ilə Yeni Nəsil Sekanslama
texnologiyasından istifadə edərək Türkiyədə ilk dəfə olaraq NİPT
testini müntəzəm olaraq istifadə etməyə başlayan Genetik Xəstəliklərin
Qiymətləndirilməsi Mərkəzidir.
Genoks, İnvaziv Olmayan Prenatal Skrininq Testi başda olmaqla, Tam Genomun Oxunması, Tam Ekzom Oxunması, Xərçəng Genetikası, Genetik Xəstəliklərin Skrininqi, Yenidoğulmuşların Genetik Skrininqi, Tək Gen Xəstəlikləri, Metobolik Xəstəliklər, Neyrodegenerativ Xəstəliklər, Oftalmologiyanın Genetikası, İdman Genetikası,
Farmakogenetika kimi bir çox genetik testləri həyata keçirir.

